Son Yazılar

Sui-istifadə edilən cahillər

Cahil insan pis insanı tapdığında, əlbir olduğunda. bir yerdə həmsöhbət olduğu zaman pis olan şeylər meydana gəlir. Cahil insan pis tərəfindən sui-istifadə olunmağa başlayar çünki. Cahil bir insanla pis niyyətli insanları eyni mühitə qoyduğunuzda ortaya sadəcə pis şeylər çıxmaz, eyni zamanda ortaya çıxan natəmizlikləri təmir edəcək qüvvələr də zərərsiz hala gəlməyə başlayır. Çünki, eyni cahil yaxşı insanlar tərəfindən müsbət işlərdə də sui-istifadə oluna bilər. Bu prizmadan yanaşsaq əgər, cahil insan pisin söylədiklərinə aldanır və pis işlərlə məşğul olmağa başlayır. Biz tənqidçilər daima cahilləri günahlandırırıq hər yazımızda, söhbətimizdə və s müzakirələrimizdə. Pislər isə pis əməllərinə daim davam edər. Budur müasir dünyamızın məlhəm tapmayan yarası. Cahillər ilə Pislər bir arada, amma cahillər bundan xəbərdar deyil