Son Yazılar

"Yazılmamış Qanunların" həyatımızdakı rolu.

Kifayət qədər mühim və önəmli bir mövzudur. Çünki idarəetməmizdə və idarəolunmamızda yazılmamış qanunların hüquqi qanunlardan daha üstün olduğu bir cəmiyyətdə yaşayırıq. Və bu "milli mentalitet" dediyimiz yazılmamış qanunlar, sadəcə bizim yemək içməyimizə yox, bütün siyasi, ictimai, mədəni, irsi tariximizə, hətta adını saymadığımız bütün sahələrimizə qədər təsir edir. Əmin olun ictimai nəqliyyatda heç bir kişi qadınlara yer verməkdən həzz almır, xeyirxah görünmək kimi bir istəyi də yoxdur. Bunu etməyə məcbur edən məzh bu yazılmamış qanunlardır. Çünki bilir və dərk edir ki, yer verməsə ətrafında onu görən 10 nəfərdən 9-u ona ayıb edəcək. Bunun göstəricisidir ki, hüquq qarşısında qadınlarımız kişilərlə eyni hüquqa malik olsalar da bunun real olduğunu qadınlarımız qəbul etmir. Hərşeyi gün kimi ortadadır. Azərbaycanda qadın, sadəcə hüquqları tapdalanıb məhkəmə qarşısına çıxdığı zaman kişi ilə eyni hüquqa malik olur. Təbii ki, əgər məhkəməmiz hüquqi olaraq davransa...
Şərq ilə qərbin bir birindən ayıran ən əsas faktorlardan biri şərq insanı yazılmamış qanunlara, qərb isə yazılmış qanunlara görə hərəkət etməyə üstünlük verir. Bu yazımdan çıxarmayın ki, milli mentalitet lazımsız və gərəksizdir. Xeyr, burda söyləmək istədiyim mentalitet deyimiz şeyin həyatımıza təsir gücünün nə qədər çox olmasıdır. Hal-hazırda ölkəmizdə bu sahədə statistik bir məlumat varmı yoxmu, bilmirəm. Amma müşahidələrim onu göstərir ki, qərbdə təsir darisə 20%-dirsə, bizdə bu 50%-dən çoxdur. Yanlış olan milli dəyərlərimizdən bir neçəsini sadalamaq istəyirəm;
- Biri yaşlıdırsa o hamımızdan çox bilir və onun nəsihətlərinə qulaq verməliyik;
- Evliliklə bağlı olan problemlərizi saymaq istəmirəm zatən bir çoxunuz bilirsiniz;
- Dində var olduğunu qəbul etdiyimiz (gecə vaxtı yer süpürməmək, əli bağlı tutmaq, əldən ələ sarımsaq, soğan. verməmək, gecə ev süpürməmək, dırnaq tutmamaq) 80% xurafatın din kimi qəbul edilməsi;
- Heç bir elmi əsası olmayan amma dədə babadan bu belədir deyib ona haqq qazandırmaq;
- Ədalətsiz birindən sırf evin və nəsilin böyüyüdür deyə ondan ədalət gözləmək və s.
Əmin olun saymaqla bitməz. O qədər çoxdur ki, hətta rəylərə bir neçəsini də siz yaza biləcəksiniz. Əl qərəz, hərşeyə optimist yanaşaraq, məkkə müşrikləri kimi dədə babadan belə görmüşük deyə yanlışlarımızı müdafiə etmək, ən böyük yanlışımızdır. Və zamandan ədalət gözləmək də ən böyük cahillikdir. Cəmiyyətin rifahını yüksəldən ən əsas faktor təhsil və məsələlərə maksimum şəkildə hüquqi yanaşmaqdır. Yazı kifayət qədər uzun oldu. Oxuduğunuz üçün təşəkkür edirəm.