Son Yazılar

"KİÇİK ŞEYLƏR" həyatımızın bir parçasıdır.

Kiçik şeylərə diqqət etməyi öyrənə bilən bir insan, bunların müqabilində xoşbəxt və ya bədbəxt olmayı da öyrənə bilər. Yəni bəzilərimiz su içdiyimiz stəkanın yarısı boş olduğu üçün təəssüf etməyi, bəzilərimiz isə yarısı dolu olduğu üçün sevinməyi, şükretməyi öyrənib. Biz insanlar anadan gəlmə optimist (nikbin) və ya pessimistic (bədbin) olmuruq. Müəyyən hallar qarşısında nikbin və bədbin olmayı fərqli fərqli yollarla öyrənirik. Böyüklərimizi model alaraq bunları öyrənirik çox vaxt. "Məsələn bir toy məclisinə gedəndə mən insanların, bir şeyi tərifləməkdən daha çox, neqativ tənqidlər yönəltdiklərinə şahid oluram. Xırda xırda ayrıntıları görüb, stol üstündəki yeməkləri, limonatları, gəlinin və yaxud bəyin qaşını, gözünü, paltarlarını və s tənqidlər etdiklərinə məncə hər birimiz tez tez şahid oluruq. Yəni durmadan ətrafımızdakı kiçik şeyləri görüb tənqid edirik. Daha sonra bu tənqidləri etdikdən sonra eynilə bu sözləri sərf edirik: "Əşşi bizə nə! Əsas odur ki Xoşbəxt olsunlar". İndi qarşımıza bir sual çıxır. "Əşşi bizə nə ..."yi ən başda deməyə öyrənə bilərikmi görəsən? Əgər bir insan ümumiyyətlə pessimist, bədbin isə, yəqin zamanla bu pessimizmi dəstəkləyəcək istiqamətdə kiçik şeyləri daha tez diqqət etməyi və görməyi öyrənir. Bədbinliyi öz həyatında vurğulaya vurğulaya, öz özlüyündə həyata mənfi bir baxış tərzi inkişaf etdirir. Qısacası söyləmək istədiyim odur ki, insanoğlu "Pessimistliyi" öyrəndiyi kimi "Optimistliyi" də öyrənə bilər. Əsas olan Kiçik şeylərə baxış tərzimizdir.