Dünyaya pozitiv baxmaq!
Amerika mütəfəkkiri Emerson deyib ki, insan daha çox nəyi düşünürsə taleyi də ona yönəlir. Psixologiyada Rozental və ya Piqmalion fenomeni anlayışı var. Adamın beynindəki fikirlər onun hərəkətlərini müəyyən edir, başqalarının reaksiyası da onun beynindəki fikirlərə uyğun təfsir edilir. Tanıdığım insanların timsalında deyə bilərəm ki, inkişaf edənlərin əksəriyyəti pozitiv və aktiv insanlardır, inkişaf etməyənlərin əksəriyyəti isə neqativ və ətalətli. Ətrafınıza fikir verin!
Napoleon Hillə görə (uğur nəzəriyyəsinin banisi sayılır) insan öz şüuru ilə, fikirləşdiyi və inandığı hər şeyə nail ola bilər.
Biz dünyanı olduğu kimi yox, daxili aləmimizə uyğun görürük. Afrikaya göndərilən 2 ayaqqabı satıcısının əhvalatını yəqin ki, çoxunuz bilirsiz. Afrikaya ayaqqabı satmağa iki adam göndərirlər. Biri neqativ insan olur, o birisi isə pozitiv. Neqativ insan rəhbərinə məktub yazır ki, boss, burada ayaqqabı satmaq mümkün deyil, hamı ayaqyalın gəzir. Pozitiv satıcı isə əksini deyir: “Boss, bura ayaqqabı satışı üçün bir tapıntıdı, heç kəsin ayaqqabısı yoxdur”.
Baş verən neqativ görünə biləcək hadisələrə də çalışın başqa prizmadan baxasız. Bəlkə bu hadisə nəticə etbarilə sizin xeyrinizə işləyəcək. Əsas odur ki, fəaliyyətinizi yeni şəraitə uyğun dəyişdirəsiz. Bu barədə fəslin sonunda danışacağıq. Şah və vəzirin əhvalatı müəyyən mənada buna misal ola bilər. Şah ovda barmağını itirəndə, vəzir deyir: “yəqin xeyir bundadır”. Şah hirslənib vəziri zindana salır. Növbəti ov zamanı vəhşi tayfalar şahı dəstəsilə birlikdə tutur və əsirləri öz ilahilərinə qurban verməyə başlayırlar. Şaha çatanda görürlər ki, barmağı yoxdur, onların inanclarına əsasən isə qurban fiziki cəhətdən mükəmməl olmalı idi. Buna görə də şahı azad edirlər. Şah qayıdıb vəzirdən üzr istəyir və onu azadlığa buraxır. Vəzir yenə də təkrarlayır ki, yəqin xeyir bundadır. Şahın təəccübünü görəndə
isə deyir: “Zindanda olmasaydım, məni də öldürəcəkdilər”.
Gördüyünüz kimi, fikirləriniz taleyinizin müəyyənləşdirilməsində mühüm rol oynayır. Fikirlərinizi idarə eləmək həyatınızı idarə etməkdən qat-qat asandır və bunu etsəniz görəcəksiz ki, həyatınız möcüzəli şəkildə müsbət tərəfə dəyişməyə başlayır. Ona görə də fikirlərinizi idarə edin!