Son Yazılar

Ədəbiyyat və Cəmiyyətin harmoniyası.

Böyük bir sivilizasiyamız var. İnsanlar böyük böyük şəhərlərdə yaşayırlar artıq. Eyni zamanda böyük bir ədəbiyyatımız da var artıq. Minlərcə ildir bu torpaqlarda yüz minlərcə əsərlər ədəbi əsərlər yazıldı. Cəmiyyət böyüdükcə yazdıqlarımız da çoxaldı. Yazdıqlarımız çoxaldıqca da cəmiyyətimiz də böyüdü.

Ən başlarda yazmağı belə bilməzkən, hal-hazırda hər gün birşeylər oxuyan fədlər halına gəldik. Yazdıq, oxuduq, pis yaxşı tərəqqi yolunu tutduq. İnsan mədəniyyətinə öz töhfəmizi vermək üçün daima yazıya müraciət etdik. Bir araya gələrək çox böyük əsərlər yaza biləcəyimizi dərk etdik.

Hər birimiz insan mədəniyyətinin fərqli bir tərəfini inkişaf etdirmək üzrəyik. Fikirlərimizi, əsərlərimizi toplayaraq özümüzdən sonraki nəsillərin daha da sürətlə inkişaf etməsini umduq. Əsərlərimizdə gələcəyə səyahəti, ölümsüzlüyün çarəsini tapdıq. Bir sözlə əsərlərimizdə yaşadıq.

Yazmasaydıq əgər, insan beyninin yetdiyi qədər, bir neçə günlük məlumatlarla günləri yola verəcəkdik. Yazı ilə zamanları aşdıq, milyonlarca insanın fikirlərini hər birimizə əlçatan olsun deyə kitablara yazdıq.

Daha qarnımızı belə doyurmağa çətinlik çəkərkən kosmosa belə çıxdıq. Bütün bunların sivilizasiya sayəsində başardıq. Topladığımız əsərlərə sivilizasiya, yeni mədəniyyət çağı dedik. Qısaca yazmağın nə qədər önəmli olduğunu anladıq və yazdıq. Hələ də gördüyünüz kimi yazırıq. Gözəl olan nə var isə. hamısını bizdən bir öncəkilərdən miras olaraq aldıq. Bizdən öncəkilər bizə bildiklərini yazıb qoyduqları üçün bu cür gözəl həyatlar yaşayırıq. Bir sözlə vəsf edib, ifadə edə bildiyimiz hərşeyə "ƏDƏBİYYAT" dedik...

Digər insanların yazdıqları ilə bu həyatları yaşayıb, bizdən sonrakılara daha yaxşı bir həyat yaşasınlar deyə yazırıq. Məktəbdə oxuma-yazma öyrənir, insanlığa əsər buraxma qabiliyyətini öyrənirik. Həmçinin ədəbiyyat ilə burada tanışır və oxuduğumuz min illik insan mədəniyyətini bu formada öz həyatımıza tətbiq edirik. Hərşeyi yazdığımız və dil ilə ifadə etdiyimiz üçün ədəbiyyata hər zaman ehtiyac duyuruq.

Daşlara yazaraq başladığımız bu tarixi serüveni kağıza yazaraq davam etdiririk. Orxon və Yenisey abidələrində bunu rahatlıqla görə bilirik. Göründüyü kimi Göytürk Dövləti köçəri olsa da özündən sonra bir iz qoymağı çox vacib bilmişdir. İndiki Orxon abidələri Türk Ədəbiyyatı, Göytürklər də Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan olaraq yaşamaqdadır.