Sosial Məsuliyyət
Günümüz dünyasında yaxşı insan olmaqdan daha rahat gələn bir şey varsa, o da yaxşı insan görüntüsü verə bilməkdir. Bu örtüyə bürünüb özümüzü nümayiş etdirdiyimiz üçün, gecə bu örtüyü soyunub yatağa girərkən gerçək olan özümüzlə qarşılaşırıq. Yatağı güzgü olanlar gerçək simalarını gördüklərində narahat olurlar daxilən. Hətta bəzilərinin güzgüsü belə yoxdur, çılpaqlığında belə gerçək simasını görə bilmir. Büründüyü örtüsüylə yatır, gerçək üzünü görəcək cəsarəti belə yoxdur.
Örtülərimiz gerçəkliyimizi gizlədiyi və bizi podyumdaymış kimi hiss etdirir. Cəmiyyətimizin gözdən qaçırdığı həqiqət budur. Yaxşı olmaq prioritet olmaqdan çıxıb, kampaniya şəklini alıb.
“Slaktivizm” deyilən bir şeydən bəhs edəcəm sizə. Bu yeni çağın aktivistlərinin necə olduğunu təsvir edən bir ifadə şəklidir. Kompüterin başında oturub Facebook, Twitter, MySpace, İnstagram kimi sosial platformalarda cəmiyyəti qurtarma təşəbbüsünə yeltənirlər. Qısaca klaviatura qəhramanları.
Ətrafımızda bu tipdə insanlara sıx sıx rast gəlirik. Maska arxasında gizlətdiyi gerçəyi bildiyiniz üçün bu qəhramanlar sizin nəzdinizdə qorxaqdan başqa birşey deyil. Sosial məsuliyyət o qədər önəmli birşeydir ki, ətrafındakı hər canlıya və hərşeyə daha diqqətli olmağa səsləyir səni. Gizləndiyin maska arxasından bunlara göz yummaq asan olduğu kimi, gerçəkliyinlə buna göz yummaq da bir o qədər çətindir.
Bu gün gənc nəslin üzərinə böyük yük düşür. Çox əfsuslar olsun ki ümimi götürəndə təhsilə cəmiyyət olaraq çox biganəyik. Gənc nəslin özünü bu qədər xor görməsi, və yarıtmaz sayması çox ağır bir gələcəyimiz olacağının göstəricisidir. Maskaları yırtıp atmağın vaxtı çoxdan keçib. Hər kəs öz özlüyündə reallığını qəbul etməlidir, tənbəl tənbəlliyini, məsuliyyətsiz məsuliyyətsizliyini dərk edib qavramaqdan qorxmamalıdır. Güzgü qarşısındakı özünə cəsarətlə baxmağı öyrənməli və müsbət yöndə dəyişiklik üçün düsturlarını sıralamalıdır.
Yaxın 5 illikdəki özümə güzgü qarşısında baxanda çox sevinsəmdə, daha öncəki məsuliyyətsiz günlərimə çox heyfislənirəm. Qəbuledilmiş çarəsizliyimə bürünmüşdüm. Tək başına heç birşeyi dəyişdirə bilməyəcəyimə özümü o qədər inandırmışdım ki, bu sistemin bir qurbanı olmuşdum. Qəbuledilmiş çarəsizlik xəstəliyindən qurtulmanın ən asan yolu, cəsarətlə özünü tənqid etməkdir. ÖZÜNÜ tənqid insanı mükəmməliyə qədər aparan və insanı müsbət yöndə formalaşdıran tək yoldur. Haqsızlıqlara göz yummaq istər inanc baxımından istər mental baxımdan insanın ən aşağı səviyyədə olduğunu göstərir. Bunun başqa açıqlaması yoxdur.