Günümüz Şair və Yazıçıları.
Yaradıcılıqla məşğul
olan insanlar, heç bir statusu olmayan mülki vətəndaşlardan daha diqqətli
olmalıdırlar ətraflarına. Prinsip olaraq yaradıcı insanlar bilərək və ya bilməyərək
ətraflarına jest və mesajlar verirlər. Günümüz
Azərbaycan ədəbiyyatında yüzlərlə özünə yazıçı, şair deyən şəxs var ki onların
demək olar ki yaradıcılıqla uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur. Üç-beş hərfi
yan yana qoyub söz birləşmələri əmələ gətirməklə yazıçı, şair və yaxud
publisist olunmur. Ədəbiyyat tariximizdə Nizami, Füzuli, Xaqani, Nəsimi, Sabir,
Mirzə Fətəli, Cəlil Məmmədquluzadələrin yaşadığı dövrdə zənn etməyin ki sadəcə
yazıb yaradanlarlar bunlar idi. O dövrdə də yazıb yaratmaq istəyənlər çox
olsada, ortaya çıxardıqları məhsullar (əsərlər, nəzmlər) keyfiyyətsiz olduğu
üçün ədəbiyyat tariximizdən silinib gediblər.
Bu gün eyni
prossesi yenə yaşayır ədəbiyyatımız. Yaradıcı insanlar cəmiyyətə sosial və
siyasi problemləri sadəcə və sadəcə
yaradıcılıqları ilə mesaj verməlidirlər. Şair şeirləri ilə, yazıçı əsərləri ilə,
publisist araşdırmaları və məqalələri ilə, heykəltaraş heykəlləri ilə. Bunları
bacarmayanlar hər zaman olduğu kimi tarixin səhifələrindən silinib gedəcəklər.
Çox əfsuslar olsun ki, günümüzün Azərbaycan yazıçı və şairləri cəmiyyətimizin
kitabalara olan marağından gileylənirlər. Və demək olar ki bütün günahı cəmiyyətdə
görürlər.
Özünə şair,
yazıçı deyənlərimiz məndən inciməsinlər. 9,5 milyonluq Azərbaycan cəmiyyətinə
500-1000 sayda kitab çap edib, onun 50%-ni öz qohum əqrabasına hədiyyə edib,
yerdə qalanları isə 10-15 ilə sata bilməyən bir yazıçı, şair günahı cəmiyyətdə
yox ortaya çıxardığı əsərində və özündə görməlidir.
