Son Yazılar

Hərbi çevrilişin, Azərbaycan təhsilinə mənfi təsirləri!

Açıqlanan rəqəmlərə görə Rəcəb Tayyib Erdoğan Hərbi çevrilişə təşəbbüsdən sonra 1.577 Universiteti Direktor və Dekanı, 8.000 Polis məmurunu, 9.000 əsgəri, 3000 Hakim (Yargıç), 500 müfəttiş, 30 İcra Başçısı, 15.200 Təhsil işçisi, 492 Dini İcma nümayəndəsi, 25 EPDK (Enerjinin Qiymətləndirməsi Qurumu), 100 MİT (Təhlükəsizlik işçisi) 1500 Maliyyə işçisini işdən çıxarıb. Və bu sadəcə çıxarılacaq şəxslərin 30%-dir. Digər qurumlarda da ən az bu qədər insanın işdən çıxarılma və mühakimə olunma təhlükəsi var. Sizcə bu qədər adamı olan bir komanda çevrilişə təşəbbüs edərmi? Belə götürəndə zatən ölkəni bu komanda idarə edir! Adamı yandıran odur ki, biz Azərbaycan vətəndaşları olaraq illərdir şikayət etdiyimiz qurumları düzəltməkdə çətinlik çəkdiyimiz halda Rəcəb Tayyib Erdoğan Azərbaycanın daxili siyasətinə Azərbaycan vətəndaşlarından daha böyük təsir gücünə malik imiş. Ən yaxşısı odur ki, biz artıq öz istəklərimizi Azərbaycan hökümətinə yox, Rəcəb Tayyib Erdoğana deyək o da Azərbyacan hökümətinə desin! Atalar misalında olduğu kimi: "Tülkü Tülküyə desin, Tülkü də quyruğuna!" Məhv olmuş təhsil və səhiyyə sistemimizə ən böyük zərbələrdən biri də "Qafqaz Universiteti" oldu! Ki, biz bu Universitetin təhsil sistemini digər Universitetlərimizə nümunə göstərirdik. Bu arada, Rəcəb Tayyib Ərdoğan çox yaxşı insandır, sadəcə onun ətrafı pisdir.