Son Yazılar

Zaman və Gələcək!

Yaradılışın və yaxud Varoluşun bütünüylə olan bağımızı qopardığımız kimi Zaman`la olan bağımızı da gözdən qaçırırıq. Bir hadisənin başlanğıcını və sonunu ələ alaraq dəyərləndirdiyimiz halda həyatımızın başlanğıcını və sonunu ələ almadan dəyərləndiririk. Həyatı bir bütün olaraq görə bilmədiyimiz kimi, həyatlarımızı da hər hansı bir dönəm və yaxud fərdi olaraq özümüzlə ölçüb dəyərləndiririk. Keçmişimizi rədd etdiyimizi söyləmişdim, gələcəyi də rədd edirik artıq. Hal-hazırki situasiyada keçmişimizdən və indiki vəziyyətimizdən xoşlanmaya bilərik, amma necə olur ki bilmədiyimiz amma yaxşı olacaq olan bir gələcəyi rədd edirik?
Bu milyon illər ərzində müşahidə etdiyimiz birşey varsa o da həyatın başlanğıcının və sonunun dəyişməməsidir. Doğulmaq və ölmək dəyişməyən tək şeydir. Amma aradakı bu qısa dönəmdə hər şey dəyişməyə meyllidir. Sonu mütləq olan ölüm var ikən arada nələr edirik?
Hər kəsin etiraf edəcəyi utancları əlbət ki var. Kibrimizdən həyatımızı görmək bir yana, təsssüflər olsun ki önümüzü belə görə bilmirik. Həyat yolunda arxamız keçmiş, önümüz gələcəkdir. Gələcək keçmişdən müstəqil və yaxud azad deyil, bağlantılıdır.
Gəlin sizə bir sirr verim. Əslində gələcək indidir. İndi necəsinizsə gələcəyiniz də o olacaq. Əmin olun! Təbii ki çağımızın ən böyük problemi olan "qəlipləşdirməyi" buraxdığınızda bunu görəcəksiniz. Hər kəsi, hər şeyi bir qəlibə salmağa çalışırıq. Zamanı tükətilən bir şey olaraq gördüyümüz üçün gələcəyimizi də bir ərzaq məhsulu kimi dizayn edib istehlak edirik. (Yenə dizaynerliyim tutdu  ) Nə etmək lazım olduğu çox bəsitdir. Keçmişi, gələcəyi, insanı, həyatı, zamanı bir birindən ayırmayacaqsınız. Bunun hamısını bir var oluş səbəbi kimi qəbul etdiyiniz zaman bütün narahatlıqlarınız aradan qalxacaq.
Bəlkə indi istədiyiniz xüsusiyyətlərə və məziyyətlərə sahib olmaya bilərsiniz, amma əslində vacib olan bunlar deyil. Əsas olan bu iradəyə sahib olmaqdır. Gələcəkdə yaxşı bir evə, maşına, xoşbəxtliyə sahib olmaq yox, özünüzü indi təkmilləşdirmək və indinin əslində gələcək olduğunu dərk edə biləcək iradəyə sahib olmaqdır. Gələcəyə olan narahatlığınız əslində sizin zəifliyinizdir.
Tarix boyunca ədəbi əsərlərə baxdığınızda "Gələcəyi dizayn etməyi"n işlənmədiyiniz görəcəksiniz. Keçmiş çox işlənibsə də gələcəyi dizayn etmək ancaq günümüz insanı tərəfindən çox istifadə edilib.
Bu gün gələcək niyə dizayn edilir? Çağımızın iqtisadiyyatında hər şeyin bir məhsul olması və tükənildiyini görəndə buna çox da təəccüblənməmək lazımdır. Gələcəyinizin qəlibləşdirilməsi, gələcəyimizi elə indidən tükətdiyimiz mənasına gəlir. Bu bir metafor deyil, ölkəmizdəki gələcəkdən narahatam açığı. Çünki "zaman" bir məhsul kimi istehlak olunur, tükətilir.
Gələcək planlarınızı bu günə ertələyin.