Son Yazılar

Hədəfsiz Gənclik

Qlobal siyasətin zibili çıxıb artıq. İnsanları öldürmək üçün çıxardıqları bəhanənin adını da “Demokratiya” qoydular. İstehsaldan istehlaka keçid bir alışqanlıq halına gəldi. Kimsə başqasını düşünmədiyi kimi, özünü də düşünməməyə başladı. Tez-tez gələcəyimiz qaranlıqdı, ümidimizi gənclərə bağlayırıq deyirik. Bizdən öncəkilər də ümidlərini biz gənclərə bağlamışdılar. Zənn edirik ki yeni nəsil bu problemləri görəcək və buna bir tədbir alacaq. Ancaq bir problem var. Gənclərin problemlərinin arasında bizim düşündüklərimizin heç birisi yoxdur. Ən böyük dərdləri məşhur olmaq, ən böyük qorxuları telefonlarına bir şey olması, ən böyük istəkləri isə hər şeyin ən bahalısına sahib olmalarıdır. Mənə elə gəlir ki yeni nəsil bizdən əvvəlki gənclərdən daha betər vəziyyətdədir. Bizdən əvvəlkilər ən azından dünyaya dair nəsə bir iş görürdülər. Modern çağın gəncləri dünyaya aid olan hər şeylə əlaqələrini kəsib. Problemlərlə üzləşmək əvəzinə özlərini bu problemlərin içində boğulmağa layiq görüblər.
Nə qədər istehlak etsəniz o qədər oyalanacaqsınız və problemlər gözünüzdən yayınacaq. Kapitalist dünyada insanlar dünya problemlərini görməmək üçün məhsulları istehlak etməklə məşğuldur. Həyatımızda baş verən problemləri həll etmək əvəzinə qulaqlarını qapadıblar və gələcək həyatlarına təsir edəcək siyasətə yön verməkdən imtina ediblər. İstehlak edərək yaşamağa öyrəncəli hala gəliblər artıq.
Yeni nəsil davamlı oynamaqda və həyatın gerçəklərindən, reallığından, problemlərindən qaçmağa çalışmaqda olduğunu görürük. Tək dərdləri özlərini tükətmə yolunda daha da sürətlə qaçmalardıır. Həyatlarını texnologiyaya həsr etmək və unutmaq isə ən böyük mərifətləridir. Çağımızın normları buna təşviq edir. Nə qədər istehlak edib sorğulamadan yaşasanız, o qədər də populyar olacaqsınız vədi verir.
Dərdlərimiz artdıqca dərdlərə olan marağımız azalır. Qulaq asan yoxdur amma yenə də söyləyək. Çox daha vacib həll olunması şərt olan problemlərimiz var. Məncə dərdimiz gələcək olmalıdır. Dərdimiz təbiətə vurduğumuz zərər olmalıdır. Mədəni cəhətdən korlanma, qloballaşma, qlobal siyasətdəki yalanlar, dövlətlərdən daha güclü hala gələn şirkətlər olmalıdır. Və ən əsası yeni nəslin problemləri arasında “Həyatda Qalmaq” da yer almalıdır.

Hiç yorum yok