Son Yazılar

Problemlərlə boğuşmaq

Porşe, Eskaladedə oturub qızlara padxod edib nömrə vermək var ikən bizə qala -qala sayı bitib tükənməyən ölkə problemləri oldu. Problemlərimizdən saysız hesabsız abzaslar çıxar. Nəticədə mən problemlərlə dərdlənən biriyəm təəssüf ki. Səhər-axşam bu problemlərlə beynimdə boğuşub dururam. 
Pis idarə olunan bir sistemdə təsəvvür edin ki "pis" yaxşı bir şeydir. Belə bir sistemdən şikayətçi olmaq çox yersizdir. Bu sətirlərin sahibi (mən) də bunu dərk etmiş və şikayət etməyin üzsüzlük olduğunu bir şəkildə başa düşmüşəm. Elə buna görə də yazmaqla məşğulam. Qurulmuş nizami sistemin memarı insandır, bunu dəyişdirəcək olan nəticədə yenə insandır. Əgər dəyişdirmək üçün hərəkətə keçmirsə, qəbullanıbsa bu sistemin bir dəstəkçisidir. Ölkəmizdə ən çox rastlaşdığımız şey şikayət etmək amma bunun üçün çıxış yolu göstərməməkdir. Oturduğumuz hər stolda, platformada ölkə problemləri danışılır amma bir çıxış yolu göstərilmir. Və bu söhbətlərin sonu da söyüşlə bitir təəssüf ki. Söyüş söymək də elə bu nizami sistemi dəyişdirməkdən yayındırır.
Problemlərə çarə olmayanlar, deyinənlər, hər şeyə mız qoyanlar eyni zamanda bir çıxış yolu göstərənlərə də mane olur. Çıxış yolu görməyənlərin sayları o qədər çoxdur ki, çıxış yolu göstərənlər bu çoxluğun arasında itib batır. Şikayətçi olduğun bir şey çox deyilməyə başlayınca qiyməti qalmır və lağ-lağıya dönüşür. Soruşsan hər kəs bu problemin həll yolunu bilir. Hər kəsin deyəcəyi bir şey var. Amma desən ki gəl çıxış yolunu göstər bir əlin barmaqlarını sayacaq qədər adam çıxmaz. Təm əksinə qıtlıqdır. Əgər mübahisə və müzakirə etdiyimiz şey axırda bir çıxış yolunu göstərmirsə məncə bu çox zərərlidir. Heç bir iş və davranış insan həyatından daha vacib deyil. Hələ ki, bu ölkə problemlərində boğulan vətəndaşdırsa, bunu dəyişdirəcək tək güc də elə vətəndaşın özüdür. Əgər nizami və eyni zamanda iyrənc olan bir sistem varsa bizim günahımızdır. Bu problemə sahib çıxıb dəyişdirmək də yenə bizim işimizdir.
Ölkəmizdə sistemdən şikayətlənib gileylənən və bu sistemə düşmən olanlar var. Dağıdıb tökmək heç vaxt ən yaxşı yol olmayıb. Düşmənçiliklə hərəkətə keçənlər ilk başda özlərinə zərər etmiş olarlar. Ədalət gətirmək üçün yola çıxıb terrorist kimi hərəkət edənlər var. Əgər bir başqasına düşmənlik edəcəm deyə yola çıxsanız daha yolu yarılamamış öz məqsədinizi itirər, sahibsiz bir mərmi kimi ətrafımıza zərər verərik. Ən önəmlisi yuxarıda dediyim kimi, söyüşlə nəticələnən müzakirələrin yox, çıxış yolu göstərmək ən əsas meyar olmalıdır. Ürəyim doluymuş ki