Son Yazılar

Bir Azərbaycan klassiki: Əli götündə iş görmək

Bu lənətə gəlmiş regionda hər şey, pul sənin cibindən çıxıb başqasının cibinə çatana qədərdi. Bu ölkədə sizin riayət etmənizin şərt olduğu maddələrdən birini deyəcəm; bir işiniz bitmədən, bir mal sizin əlinizə çatmamış, hər hansısa bir tapşırığınız tamamlanmadan əsla və əsla pulu ödəməyin. Bu ölkəmizdə həyatta qalmaq üçün ilk şərtlərdən biridir. Pulunu verməyin, çünki ölkəmizdə bir şey istehsal etmək, işini layiqincə yerinə yetirmək yox, bir şeyi ucuza gətirmək, dəyərindən iki dəfə baha satmaq, az çalışıb çox qazanmaq, nədə olsa artıq pulu almışam deyib işi tamamlamamaq bir adət halına gəlib.
Biz Azərbaycanlılar həqiqətən hər işi əli götündə görən, tək dərdi sənin cibindəki pulu hər hansı yolla almaq, çalışmadan yadakı dolayı yollarla pul qazanmaq olan, pulunu aldığın andan etibarən işini ciddiyə almayan, pulu əgər işin sonunda alacaqsa işi tələm-tələsik görüb, gördüyü işi bir poxa bənzətməyən, nəticədə işin sonunda bütün təhqirləri normal qarşılayan, axşam olsaydı gedib yatardım deyə düşünən, ortaya bir şey çıxarmaqdan aciz, əgər ortaya bir şeylər çıxarmağa çalışan varsa ona: " ölkəni sən düzəldəcəksən?" deyib lağa qoyan, adicə sifariş nə zaman gələcək sualına 15 dəqiqə deyib 45 dəqiqə sonra gətirən, və hər zəngində də az əvvəl çıxdı, əli qulağındadır deyib yalan danışan, hətta bir zamanlar təhlükəsizlik kəməri taxanları lağa qoyan, deyəlim ki polis ona cəza verəndə bəs ona niyə yazmır deyib üzrü qəbahətindən böyük olan, kitab oxuyana mız qoyan, ibadət edənə molla, geridə qalmış, terrorist deyən, yerli yersiz bütün meyvələrdə Allah sözü axtaran, yerdən tapdığı ərəbcə söyüşləri 3 dəfə öpüb başına qoyan amma Quranda nə yazdığından xəbərsiz olan, evində təmiz, amma evinin kandarını zibilliyə çevirən çox əcabi və əndrabadi bir millətik.
Bəlkə bir gün özümüzə və ətrafımıza hörmət edən. və buna nisbətdə hörmət görülən bir millət olarıq. Olarıq görəsən?