Son Yazılar

99%

99% Müsəlman, amma hər halda ortalıqda görünməməyi seçiblər. Bu günəşli və küləkli ölkəmdə  yaxşı şeylər görməyəli çox uzun zaman oldu. Məscidlər, məktəblər, elm ocaqları boş, imamlar və təhsil müəssisələri də bu vəziyyətdən narahat deyil. Əxlaqi problem halına gələn tıxacda beş dəqiqə mübarizə apardıqda 99%`in bir yerlərdə gizləndiyini düşünürsünüz. 10%-ə də razı olacaqsınız, ancaq görə bilmirsiniz. Böyük ehtimalla sizin gözlərinizdə problem var.

Yaxşılıq üçün yaşayan dindar insanların bir yerlərdə olduğunu hiss edirsiniz, amma ətrafımızı çevrələyən bu pis əməllər qarşısında gizləniblər yəqin. Onlar meydanı boş buraxan kimi də yaxın tariximizdə (25 ildə) məruz qaldığımız fürsətçilər əldə olan dəyərləri zəli kimi sovurmağa başlayır. Hüququn və normların sömürüldüyünü öz gözlərimizlə görürük. Bütün dünyada eyni şey var, bu bizə xas deyil. Ancaq bizdə vəziyyət sandığımızdan daha da pisdir.

Baş verən fəlakətlər özünü aldatdığın əsnadakı sıradan hadisələrdi əslində. Özünü aldatmayan, gerçəklərlə üzləşən toplumlar (cəmiyyətlər) və ya fərdlər hər hadisəni həyatın qeyri-adi bir parçası kimi qarşılayır. Əsas olan buna hazırlıqlı olmaqdır. Hazırlıqlı olmaq da əvvəlcə öz yalanlarımızdan sıyrılmaq ilə başlayır. Çox böyük, fərasətli olduğumuza inanaraq özümüzü aldadırıqsa ən kiçik məğlubiyyətdə fəlakət yaşayacağımız qaçılmazdır. Halbuki rasional, gerçəkçi davransaq, ayağımızı yorğanımıza görə uzatsaq, öhdəsindən gələ biləcəyimiz işlərin altına girsək daha uğurlu və əksi olsa məğlubiyyətdə belə o qədər də zərər çəkmərik. Daha da vacibi nəyə qadir olduğumuzu qəbul etdiyimizdə özümüzü təkmilləşdirməyə yönəlik addımlar ataraq hərəkətə keçmiş olarıq.

İnancımız özümüzü bir başqasının gözüylə (empatiya) görə bilməyimiz üçün böyük bir fürsətdir. Kimdən soruşsanız öz inancına görə mükəmməldir. Bir kərə səmavi dinlərə mənsub kimsə hər nə vəziyyətdə olursa olsun Allah tərəfindən görüldüyünü bilir, ancaq bir şəkildə özünü aldatmanın yollarını tənzimləyib, öz mikro inancında mükəmməl olduğunu zənn edir. Nəticə etibarilə eyni inanca və ideala inanan insanların öz dəyərlərinə tərs hərəkət edə bildikləri bir yozlaşmanı (korlanma) gözlərimizlə təcrübə edirik. Özlərini aldatma yoluna girənlər öz özlərini hər şeyin qarşısında görür.

Bir gerçək var ki, bu gün İslam`ın qaranlıq çağını yaşadığımızı rahatlıqla söyləyə bilərik. Biz bu sivilizasiyanın içində yer alırıq. Əvvəllər İslam sivilizasiyasında insanların rasional və dinc şəkildə yaşaya bildiklərini də bilirik. Hətta İslamın klassik çağında rifah və elm ilə digər sivilizasiyaları dəyişdirmiş və bu günkinin əksinə qibtə ediləcək bir mövqeyə gəldiklərindən də xəbərdarıq. Çox təəssüf ki bizim çağımızda mürtəcelik (gericilik) və əxlaqsızlıq nümunələri bu sivilizasiyadan verilir. Bu gün ən çox əzabı Müsəlmanlar çəkir. Əzab çəkən də çəkdirən də müsəlmanlardı. Başlar kəsilir, kafir elan olunur, savaşlar çıxır; Elə bir qıraq müsəlmanlar arasında sonu görünməyən savaşlar yaşanır.

Məkkə və Mədinə`ni belə ABŞ, İsrail təhlükəsizlik xidmətləri qoruyur. Kimdən? Digər  müsəlmanlardan. Dünyanın hər hansı bir yerində hər hansı bir TV kanalında elə hey Müsəlmanlar var. Çox təəssüf ki heç birisi də yaxşı şeylərdən xəbər vermir.

Artıq özümüzü aldatmağı bir kənara qoyub bir şeyləri səhv etdiyimizin fərqinə var-ma-lı-yıq. “99%” belədir, onların işidir, bizə düşmən gözü ilə baxırlar, öldürürlər, tərki-dünya edirlər deməyi tərk edib bir işin ucundan yapışmalıyıq. 99% müsəlman ya da hər hansı bir inancda, rəngdə, ideyada olduğu bir məsələ təşkil etməməlidir bizim üçün. Bir birimizi səhv çıxarmaqla öyünmək boşluğa düşməyin əyani isbatıdır. Nə Müsəlman olmaq, nə milliyət nə də digər fərqli fərqli özümüzə yaraşdırdığım sifətlərlə özümüzü aldatmayaq. Dəyərlər nisbidir, sifətlər də keçicidir. Əvvəl axır o maskalar cırılacaq. Bir şeyləri sorgulamadığımız müddətcə özümüzü aldatmağımız sona çatmayacaq və yerimizdə saymağa məhkum olacağıq.

Necə deyərlər: “ Bomboş biri idi, bu boşluğu dodurmaq üçün bir ideyaya sarıldı. Filankəs, feşmankəs və ya dindar olması da mümkün idi, amma onun müdafiə etdiyi ideyalanın rəngləri bu dünya üçün keçərli deyildi.”

P.S: Qısaca din və elmi bir-biri ilə savaşdırmayın. Onların bu savaşa ehtiyacı yoxdur. Hər ikisinin də tarixdə qibtə ediləcək və utanılacaq tərəfləri olub. İdeyaların rənglərini bir kənara buraxıb; Adam olun adam!


Hiç yorum yok