Son Yazılar

Pislik etmənin qəribəliyi

Həyat ekranında gözəl pozalar verməyə çalışırıq. Bəlkə yaxşı deyilik amma yaxşı xatırlanmaq istəyirik nəticədə. Bəzilərimiz poza verməyi sevmir. elə olduğu kimi əsəbi, asıq üzlü, emosianal düşür. (mən şəkildə yaxşı düşmürəm deyənlər kimi) Kimiləri də başqası yaxşı düşməsin deyə əlləşir, buynuz tuturlar, məşğul etməyə çalışırlar. Dostlarımızdı, üzlərinə vurmasaqda daxilən onlara "pis niyyətli insanlar" deyirik. Çünki daim mərdimazarlıqla məşğul olduqları üçün həyat görüntüsündə pis çıxırlar.
Həyatın zahiri bir görüntüdən ibarət olması pis şeyləri başa düşməmizdə kömək olur. Ancaq bir görüntü qədər keçici bir dünyada, belə laqeyd davranmaq mümkündür. İnsanların yaxşı işlərdənsə pis işləri görmək üçün bu qədər əlləşmələri bu fikrimizi bir mənada dəstəkləyir əslində. Yaxşılıq sadəcə yaxşı biri olaraq əldə edilir. Pislik isə ayrı bir məşğələ, ayrı bir diqqət tələb edir.
Məğlub etmək yoxdursa məqsədimizdə, niyə lazımından daha çox əlləşirik?
"Dostlarına buynuz tutaraq şəkli məhv etdiyi üçün hamı ona əsəbi idi. O isə bu hərəkətinin o qədər də pis bir şey olmadığını düşünürdü. Bu hərəkət şəkildəkilərin hamısı tərəfindən bayağılıq sayılırdı amma. O isə: "Altı üstü bir ŞƏKİLdi" deyirdi, görünmək istədiyimiz "HƏYAT" üçün!

Hiç yorum yok